"Qarabağ" Albaniyadan qolsuz bərabərliklə döndü

"Qarabağ" Albaniyadan qolsuz bərabərliklə döndü

"Qarabağ” bu gün Çempionlar Liqasının II təsnifat mərhələsində ilk oyununu keçirib.

 

Fanat.Az xəbər verir ki, Ağdam təmsilçisi "Kukesi” ilə qarşılaşıb.

 

Qurban Qurbanovun yetirmələri cütün ilk matçına Albaniyada çıxıb. Təmsilçimiz gələn həftə keçiriləcək cavab matçı öncəsi sərfəli nəticə qazanmağa çalışıb.

Tərəflərin səylərinə baxmayaraq oyunda hesab açılmayıb. Bu isə o deməkdi ki, Bakıdakı görüşdə istənilən qollu bərabərlik albanların üzünü güldürəcək. Ağdamlıların doğma meydanda daha parlaq oyun sərgiləyəcəyini də proqnozlaşdırmaq olar.

 

Bu duelin qalibi növbəti mərhələdə BATE (Belarus) – HİK (Finlandiya) cütünün güclüsü ilə üz-üzə gələcək. Mübarizəni dayandıran klub isə Avropa Liqasının III təsnifat mərhələsində "Torpedo" (Kutaisi, Gürcüstan) - "Vikinqur" (Farer adaları) cütünün qalibi ilə münasibətlərinə aydınlıq gətirəcək.

 

 

Çempionlar Liqası

II təsnifat mərhələsi

İlk oyun

 

 

25 iyul

Kukesi (Albaniya) - Qarabağ (Azərbaycan) 0:0

Hakimlər: Ola Hobber Nilsen, Tom Harald Qronevik, Qeyr Oskar İsaksen, Kay Erik Stin (Norveç).

Hakim-inspektor: Xuan Antonio Fernandes Marin (İspaniya).

UEFA nümayəndəsi: Roy Katkart (Şimali İrlandiya).

Şkoder. Loro Boriçi stadionu.

 

"Kukesi”: 77. Fraşeri (q), 4. Şameti (k), 6. Alla, 9. Plaku, 15. Qaqi, 18. Kirbya, 20. Rumbullaku, 23. Mussoli, 24. Malikyi, 26. Kordeyro, 33. Dzariya

Ehtiyat oyunçular: 91. Maloku, 5. Hoksa, 10. Şkodra, 21. Limay, 27. Etemi, 28. Harba, 99. Spear

Baş məşqçi: Armandu Kunqu

 

"Qarabağ”: 13. Vaqner (q), 2. Qara Qarayev, 5. Maksim Medvedev, 6. Simon Slavçev, 8. Miçel, 11. Mahir Mədətov, 14. Rəşad Sadıqov (k), 19. Filip Ozobiç, 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov, 77. Donald Gerye

Ehtiyat oyunçular: 12. Şahruddin Maqomedaliyev, 4. Rahil Məmmədov, 10. Dani Kintana, 18. İsmayıl İbrahimli, 30. Abbas Hüseynov, 25. Yakub Jezniçak, 91. Coşqun Diniyev

Baş məşqçi: Qurban Qurbanov

 

 

 

Fanat.Az

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər