"Qarabağ" Koyta məsələsinə aydınlıq gətirdi

"Qarabağ" Koyta məsələsinə aydınlıq gətirdi

Türkiyə mediası "Qarabağ"ın “Trabzonspor”da çıxış edən hücumçu Benqali-Fode Koyta ilə maraqlandığını iddia edib. 

Fanat.Az 32 yaşlı qvineyalı futbolçunun Ağdam təmsilçisinə təklif olunması ilə bağlı xəbərə aydınlıq gətirib.  

Saytımıza açıqlama verən "Qarabağ"ın mətbuat katibi Gündüz Abbaszadə Koyta ilə bağlı ciddi təklif almadıqlarını deyib: "Bizə təklif olunan futbolçuların sayı çoxdur. Sizə konkret adlar deyə bilməyəcəyəm. Amma Koytanın rəsmi müqavilə imzalanacaq dərəcədə maraq dairəmizdə olmadığını söyləyə bilərəm". 

Xatırladaq ki, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov 3-4 futbolçu ilə danışıqlar apardıqlarını, ancaq müxtəlif səbəblərdən yeni hücumçu transferinin alınmadığını açıqlayıb.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər