"Qarabağ" konqolu hücumçu ilə 3 illik müqavilə imzaladı

"Qarabağ" konqolu hücumçu ilə 3 illik müqavilə imzaladı
2018/19 mövsümü üçün transfer çalışmalarını davam etdirən "Qarabağ" daha bir futbolçunu heyətinə qatıb.
Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Ağdam təmsilçisi konqolu hücumçu Con Delarjla 3 (2+1) illik müqavilə imzalayıb.
Qeyd edək ki, Delarj karyerasına Kamerunun "Union Duala” klubunda başlayıb. Daha sonra "Dunayska Streda” (Slovakiya), "Slovan” (Liberets, Çexiya), "Admira” (Avstriya) və "Osmanlıspor” (Türkiyə) komandalarında oynayıb. 28 yaşlı forvard son olaraq Türkiyə təmsilçisi "Bursaspor”da çıxış edib. Konqo yığmasının heyətində 12 oyuna çıxan Delarj 1 qolla yadda qalıb.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər