"Qarabağ" "Keşlə"yə 7 cavabsız qol vurdu

"Qarabağ" "Keşlə"yə 7 cavabsız qol vurdu
Azərbaycanı Avropa Konfrans Liqasında təmsil edəcək "Qarabağ” və "Keşlə” komandaları bu gün yoxlama oyunununda üz-üzə gəlib. 
Fanat.Az xəbər verir ki, yeni mövsümə hazırlığı Bakıda davam etdirən komandalar "Azərsun Arena”da qarşılaşıb.
 
Ağdam təmsilçisi 7 cavabsız qolla qalib gəlib.
 
Qeyd edək ki, "Qarabağ" Konfrans Liqasında İsrailin "Aşdod", "Keşlə" isə Rusiyanın "Soçi" komandası ilə qarşılaşacaq.
 
Yoxlama oyunu
26 iyun
 
Qarabağ - Keşlə 7:0
Qollar: Abdullah Zubir, 22. Xayme Romero, 28; 30. Musa Qurbanlı, 44; 47. Kadi Malinovski, 61. Hüseyn Hüseynzadə, 88.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər