"Qarabağ" - "Keşlə" matçının başlama saatı açıqlandı

"Qarabağ" - "Keşlə" matçının başlama saatı açıqlandı
Ölkəmizi Konfrans Liqasında təmsil edəcək "Qarabağ" və "Keşlə"nin öz aralarında keçirəcəyi yoxlama oyununun başlama saatı açıqlanıb.
Fanat.Az Ağdam klubunun rəsmi "Facebook" səhifəsinə istinadən xəbər verir ki, iyunun 26-ı "Azərsun Arena"da olacaq görüş saat 18:00-da başlayacaq.
Qeyd edək ki, "Qarabağ" Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Aşdod"la (İsrail), "Keşlə" isə "Soçi" (Rusiya) ilə qarşılaşacaq.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər