"Qarabağ” transfer pəncərəsinin son günü İspaniyadan heyətinə yeni futbolçu cəlb edə bilər.
Fanat.Az xəbər verir ki, məşhur "Marka” nəşri Ağdam klubunun "Rayo Valyekano”nun hücumameylli gənc yarımmüdafiəçisi Coni Montieli yay fasiləsini gözləmədən heyətinə qatmaq istədiyini yazıb. Azərbaycan çempionunun buna görə qarşı tərəfə yaxşı təklif irəli sürdüyü iddia olunur.
Xəbərdə Sequnda təmsilçisində əsas heyətə düşməkdə çətinlik çəkən 21 yaşlı futbolçunun Avropada transfer pəncərəsinin son günündə davamlı oynaya biləcəyi bir kluba getmək istədiyi bildirilir. İspaniyanın U-17, U-18 və U-19 yığmalarında oynamış Montiel "Rayo Valyekano"nun yetirməsidi.
Fanat.az