Bu gün Azərbaycan Premyer Liqasında V turun son oyunu keçirilib.
Fanat.Az xəbər verir ki, lider "Qarabağ" "Sevilya" ilə Avroliqa oyunundan sonra "Zirə"nin qonağı olub. Oyunda 4 qol vurulub və "Qarabağ" 3:1 hesablı qələbə qazanıb.
Hesabı 12-ci dəqiqədə Maqaye Qeye açıb. 41-ci dəqiqədə Xayme Romero fərqi artırıb. 3 dəqiqə sonra "Qarabağ" Anastasios Papazoqlunun avtoqoluna sevinib. 88-ci dəqiqədə isə Xulio Sezar Rodrigez "Zirə"nin təsəlli qolunu vurub. Bu "Qarabağ"ın cari mövsümdə qapısında gördüyü ilk qol olub.
"Qarabağ" bu qələbə ilə xallarını 15-ə çatdıraraq, ən yaxın izləyicisi "Səbail"i 5 xal geridə qoyub. "Zirə" isə 7 xalla 4-cü pillədə qərarlaşıb.
Bu komandalar arasında 17-ci qarşılaşma olub. "Zirə" heç bir görüşdə qalib gələ bilmədiyi halda 13 dəfə uduzub və cəmi 4 heç-heçə edib. Topların nisbəti isə 7:36-dı.
Qeyd edək ki, turun ilk 3 oyununda "Sumqayıt" "Sabah"ı 1:0 hesabı ilə yendiyi halda, "Səbail" "Qəbələ" ilə 1:1, "Neftçi" "Keşlə" ilə 0:0 hesablı heç-heçə edib.
Premyer Liqa
2019/20 mövsümü
I dövrə, V tur
23 sentyabr
Zirə - Qarabağ 1:3
Qollar: Xulio Sezar Rodrigez, 88 - Maqaye Qeye, 12. Xayme Romero, 41. Anastasios Papazoqlu, 44 (avtoqol).
Zirə: 28. Boyan Zoqoviç, 14. Bəxtiyar Həsənalızadə, 7. Cavid Hüseynov (k), 4. Elvin Camalov, 10. Elvin Məmmədov, 18. Xulio Sezar Rodrigez, 48. Şafik Tiqrudja, 25. Miloş Bakraç, 5. Anastasios Papazoqlu, 6. Alvaro Ampuero, 99. Rafael Məhərrəmli.
Ehtiyat oyunçular: 1. Orxan Sadıqlı 88. Tellur Mütəllimov 17. Robin Nqalande 11. Soni Norde 77. Cəlal Hüseynov.
Baş məşqçi: Samir Abasov.
Qarabağ: 1. Asmir Beqoviç, 2. Qara Qarayev, 14. Rəşad Sadıqov (k), 20. Riçard Almeyda, 55. Bədavi Hüseynov, 30. Abbas Hüseynov, 17. Abdullah Zubir, 9. Xayme Romero, 99. Maqaye Qeye, 23. Faysal Rerras, 18. İsmayıl İbrahimli.
Ehtiyat oyunçular: 13. Vaqner da Silva, 12. Şahruddin Məhəmmədəliyev, 5. Maksim Medvedev, 7. Araz Abdullayev, 10. Dani Kintana, 8. Markos Madera, 6. Simeon Slavçev, 3. Ailton Silva, 21. Hacıağa Hacılı, 24. Nihad Tamazov, 71. Toral Bayramov, 29. Musa Qurbanlı.
Baş məşqçi: Qurban Qurbanov.
Hakimlər: Rauf Cabarov, Müslüm Əliyev, Nahid Əliyev, Səbuhi Bayramov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Zirə İdman Kompleksinin stadionu.
|
№ |
Klub |
O |
Q |
H/H |
M |
T/F |
X |
|
|
1 |
Qarabağ |
5 |
5 |
0 |
0 |
13:1 |
15 |
|
|
2 |
Səbail |
5 |
3 |
1 |
1 |
7:6 |
10 |
|
|
3 |
Keşlə |
5 |
2 |
1 |
2 |
6:3 |
7 |
|
|
4 |
Zirə |
5 |
2 |
1 |
2 |
5:6 |
7 |
|
|
5 |
Sumqayıt |
5 |
2 |
0 |
3 |
5:7 |
6 |
|
|
6 |
Neftçi |
5 |
1 |
2 |
2 |
3:5 |
5 |
|
|
7 |
Qəbələ |
5 |
1 |
1 |
3 |
2:10 |
4 |
|
|
8 |
Sabah |
5 |
0 |
2 |
3 |
2:5 |
2 |
|
|
Bombardirlər |
İsmayıl İbrahimli (Qarabağ), Mehdi Şərifi (Sumqayıt), Lorenzo Frutos (Keşlə), Mirabdulla Abbasov (Səbail) - 3. |
|||||||
Fanat.Az