“Qarabağ” ilk gündən mənə öz ailəm kimidi, sanki uzun müddətdi buradayam. Həqiqətən bura gəldiyim üçün xoşbəxtəm". Fanat.Az xəbər verir ki, bu sözləri "Qarabağ"ın yeni transferi Vild-Donald Geryo deyib.
Haiti yığmasının üzvü bu gün ağdamlılarla 2 illik müqavilə imzalayıb. "Alanyaspor"dan gələn yarımmüdafiəçi klubun rəsmi saytına danışıb: "Komanda üçün əlimdən gələnin ən yaxşısını edəcəm. “Qarabağ” ardıcıl 4-cü dəfə çempion olur və 3 ildi Avropa Liqasının qrup mərhələsində oynayır, bunların hamısını yaxşı anlayıram. Hər zaman hansı komandamda olmağımdan asılı olmayaraq, qələbə üçün meydana çıxmışam və komandamın qələbə qazanması üçün vuruşmuşam. Ən böyük üstünlüyüm odu ki, uduzmağı sevmirəm. Harada varamsa, qalib gəlmək üçün mübarizə aparmışam. Əgər bu gün “Qarabağ”a gəlmişəmsə, mənə göstərilən etimadı doğrultmaya çalışacam”.
Fanat.Az