"Qarabağ" iki legioneri ilə yolları ayırdı

"Qarabağ" iki legioneri ilə yolları ayırdı

Mövsümü "qızıl dubl"la başa vuran "Qarabağ" iki legioneri ilə yolları ayırıb.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, bunlar Riçard Almeyda və Xayme Romerodur.

Ağdam təmsilçisi ilə olan müqavilələrinin müddəti başa çatan yarımmüdafiəçilərə yeni anlaşma təklif olunmayıb. Hər iki oyunçu bu yay özünə yeni iş yeri axtaracaq.

"Qarabağ" iki legioneri ilə yolları ayırdıQeyd edək ki, ispaniyalı Xayme ciddi zədə üzündən mövsümü boşa veribsə, Azərbaycan millisinin də üzvü olan braziliyalı Almeyda son "futbol ili"ndə "Qarabağ"ın əsas heyətində möhkəmlənə bilməyib.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər