"Qarabağ" hücumçusunu icarəyə verə bilər

"Qarabağ" hücumçusunu icarəyə verə bilər
"Qarabağ" futbolçusu Kvabena Ovusunu icarə əsasında başqa komandaya göndərə bilər.
Bu barədə "Report"a açıqlamasında klubun Mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə məlumat verib.
Onun sözlərinə görə, hazırda gündəmdə belə bir məsələ olsa da, hələlik Ağdam təmsilçisinə rəsmi təklif gəlməyib: "Ovusu bir neçə klubun maraq dairəsindədir. Amma bizə hər hansı rəsmi təklif gəlməyib. Futbolçunun klubla müqaviləsi davam edir. Rəsmi təklif olacağı təqirdə bu məsələyə baxıla bilər. Onu da vurğulayım ki, söhbət yalnız icarə müqaviləsindən gedir. Hücumçunu buraxmaq fikrimiz yoxdur".
Qeyd edək ki, Kvabena Ovusunun "Qarabağ"la 2023-cü ilin yayınadək müqaviləsi var.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər