"Qarabağ" hücumçusu ilə yolları ayırdı - RƏSMİ

"Qarabağ" hücumçusu ilə yolları ayırdı - RƏSMİ
"Qarabağ" Azərbaycan Premyer Liqasındakı fasilə müddətində bir futbolçu ilə yolları ayırıb.
Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, hücumçu Maqaye Qeye ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. 
Seneqal əsilli fransalı forvard "Qarabağ"a 2019-cu ilin yayında keçib. Həmin vaxt onunla 2 illik müqavilə bağlanılıb. 30 yaşlı futbolçu cari mövsüm 28 oyuna 8 qol vurub.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər