"Qarabağ" qış təlim-məşq toplanışını davam etdirir.
Fanat.Az xəbər verir ki, komanda ötən gün, saat 16:00-da Tofiq Bəhramov adına Respublika stadionunda növbəti məşqinə çıxıb.
İsinmə hərəkətlərinin ardından futbolçular taktiki çalışmaları yerinə yetirib.
Məşq ikitərəfli oyunla yekunlaşıb.
Fanat.Az