"Qarabağ" hazırlığa legionerlərsiz başlayacaq

"Qarabağ" hazırlığa legionerlərsiz başlayacaq
"Qarabağ" bu gün "Azərsun Arena"da bir araya gələrək növbəti mövsümün hazırlıqlarına start verəcək.
Klubdan Fanat.Az-a verilən məlumata görə, ilk məşqdə Ağdam təmsilçisinin legionerləri iştirak etməyəcəklər. Həmçinin yoldaşlıq oyunları üçün milli komandaların düşərgəsində olan oyunçular da hələlik hazırlıqlara qatılmayacaqlar. 
Qeyd edək ki, "Qarabağ" iyunun 20-də Avstriyada təlim-məşq toplanışına start verəcək. Komanda toplanış çərçivəsində 4 yoxlama oyununda qüvvəsini sınayacaq. Ağdam klubu iyunun 23-də Bolqarıstanın "Ludoqorets", iyunun 26-da Avstriyanın "Vakker İnsbruk", iyunun 30-da Suriya milli komandası, iyulun 4-də isə Ukraynanın "Dinamo" (Kiyev) komandası ilə üz-üzə gələcək. 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər