"Qarabağ" hazırlığa başladı

"Qarabağ" hazırlığa başladı
"Qarabağ”da istirahət bitib.
Fanat.Az klubun rəsmi "Facebook" səhifəsinə istinadən xəbər verir ki, komanda bu gün bir araya gələrək mövsümün ikinci yarısının hazırlıqlarına başlayıb.
Qeyd edək ki, Premyer Liqanın lideri yanvarın 12-si Antalyaya yollanaraq hazırlığın ikinci mərhələsini orada davam etdirəcək. Antalyada 14 gün müddətində davam edəcək təlim-məşq toplanışında "Qarabağ” 4 yoxlama oyunu keçirəcək. Ağdam təmsilçisi yanvarın 18-də Rumıniyanın "Akademika Klinkeni”, yanvarın 22-si Qazaxıstanın "Jetisu", yanvarın 25-i Çexiyanın "Siqma" və Polşanın "Visla Plok" klublarıyla qarşılaşacaq.
Yanvarın 26-sı isə "Qarabağ” Bakıya dönərək fevralın 2-si "Səbail"lə keçiriləcək matçın hazırlıqlarını burada davam etdirəcək.
Fanat.Az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər