“Qarabağ” gürcülərə 7 qol vurdu

“Qarabağ” gürcülərə 7 qol vurdu

Tiflisdə düzənlənən, Nodar Axalkatsinin xatirəsinə həsr olunmuş turnirdə iştirak edən “Qarabağ”ın U-11 komandası artıq iki görüş keçirib. Fanat.Az xəbər verir ki, ağdamlılar dünən “İveriya”, bu gün isə “Olimpik”lə qarşılaşıb.

 

Tiflis “Dinamo”su akademiyasının meydançalarında baş tutan oyunların hər ikisi təmsilçimizin qələbəsi ilə başa çatıb. “Qarabağ” ilk görüşündə 4:1, ikinci matçında isə 3:1 hesablı qələbəyə sevinib.

 

Qeyd edək ki, birinci qrupda yarışan ağdamlılar növbəti matçında “Champion”la qarşılaşacaq. Yarış isə iyunun 2-nə qədər davam edəcək.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər