Sosial şəbəkələrdə "Qarabağ" klubunun tanınmış futbolçu Frank Riberi ilə maraqlandığına dair iddialar yayılıb.
Futbol səhifələrində yayılan bu xəbərin mənbəsi məlum olmadığı üçün azarkeşlərə dəqiq məlumat çatdırmaq istədik.
Fanat.Az olaraq "Qarabağ" klubunun iddiaya münasibətini öyrəndik. Ağdam təmsilçisinin mətbuat katibi Gündüz Abbaszadə saytımıza açıqlamasında informasiyanın həqiqətə uyğun olmadığını bildirdi:
"Frank Riberi "Qarabağ"ın maraq dairəsinə olan futbolçu deyil. Bizim maraqlandığımız, danışıqlar apardığımız, transfer etmək istədiyimiz futbolçular var. Heyəti gücləndirməyə çalışırıq. Amma həmin futbolçuların siyahısında Riberi yoxdur. Təbii ki, bu səviyyədə bir futbolçunun Azərbaycan çempionatında oynaması çox yaxşı olardı. Fransa tarixinin ən böyük futbolçularından biridir. Amma bu futbolçu "Qarabağ"ın maraq dairəsində olmayıb".
Qeyd edək ki, Fransa millisinin və "Bavariya"nın sabiq futbolçusu hazırda azad agent statusu daşıyır.
Röya