"Qarabağ" "Everton"nun sabiq hücumçusunu transfer etdi

"Qarabağ" "Everton"nun sabiq hücumçusunu transfer etdi
"Qarabağ” yay fasiləsində dördüncü transferini reallaşdırıb.
Fanat.Az xəbər verir ki, Ağdam təmsilçisi Maqaye Qeyeni heyətinə qatıb. 29 yaşlı fransalı hücumçu ilə müqavilənin detalları bəlli deyil.
Seneqal əsilli forvardın son iş yeri Türkiyənin "Osmanlıspor" klubu olub. O, karyerası ərzində Fransanın "Strasburq", "Brest", İngiltərənin "Everton", "Milloull" və Türkiyənin "Adanaspor" komandalarının formasını geyinib.
Qeyd edək ki, "Qarabağ” yay fasiləsində braziliyalı müdafiəçisi Ailton Silvanı, mərakeşli cinah oyunçusu Faysal Rerrası və ispaniyalı hücumçu Xayme Romeronu heyətinə qatıb.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər