“Qarabağ” əsrin rekorduna imza atdı

“Qarabağ” əsrin rekorduna imza atdı

“Qarabağ” 2021/22 mövsümündə ümumilikdə 100-cü qolunu vurub.

Fanat.Az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, yubiley topuna Musa Qurbanlı imza atıb. O, Premyer Liqanın XXVII turunun “Səbail”lə səfər qarşılaşmasında (3:0) komandasının ikinci qolunun müəllifi olub.

Qurban Qurbanovun yetirmələri 100-cü qolunu 45-ci matçda vurub. Qol sayını 101-ə çatdıran Ağdam klubu Premyer Liqada 68, ölkə kubokunda 15, Konfrans Liqasında 18 dəfə fərqlənib.

“Qarabağ” həm də çempionatda bir mövsüm ərzində vurulan qol sayında XXI əsrin rekorduna imza atıb. Bunadək “Xəzər Lənkəran” 2004/05, “Qarabağ” 2013/14 və 2015/16 mövsümlərində 66 qol vurmuşdu. Ağdam klubu bu göstəricini iki top üstələyib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər