"Qarabağ" "Emireyts"də yekunlaşdıracaq

"Qarabağ" "Emireyts"də yekunlaşdıracaq

Avroliqanın qrup mərhələsinin son turunda sabah "Arsenal"ın qonağı olacaq "Qarabağ” bu gün matçın hazırlıqlarını yekunlaşdıracaq. Fanat.Az-ın klubun saytına istinadən xəbər verir ki, ağdamlılar yerli vaxtla saat 19:00-da (Bakı vaxtıyla 23:00) görüşün reallaşacağı "Emireyts" stadionunda son məşqə çıxacaq. "Köhlən atlar”ın çalışdırıcısı Qurban Qurbanov son məşqdən 30 dəqiqə əvvəl media mənsublarının suallarını cavablandıracaq. Qeyd edək ki, "Arsenal" - "Qarabağ" oyunun start fiti 00:00-da səsləndiriləcək.

 

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər