"Qarabağ" elə komandadır ki ..." - Rövlan Muradov

"Qarabağ" elə komandadır ki ..." - Rövlan Muradov

"Qəbələ" klubunun 24 yaşlı hücumçusu Rövlan Muradovun Fanat.Az-a müsahibəsi:

- Misli Premyer Liqasının növbəti turunda "Qarabağ"la qarşılaşacaqsınız. Bu oyundan gözləntilərin nədir?

- Hər bir matça olduğu kimi bu oyuna da ciddi yanaşacağıq. "Qarabağ" elə komandadır ki, ona qarşı oynamaq özü ayrıca bir motivasiyadır. Bu səbəbdən ciddi şəkildə hazırlaşırıq. 

- "Qəbələ" 5 ildir (sonuncu dəfə 2017-ci ilin oktyabrında 1:0 üstün olub) - 16 oyundur ki, çempionat matçlarında "Qarabağ"ı uda bilmir. Nəyin sayəsində bu uğursuz statistikaya son qoymaq olar?

- Əzmkarlıq göstərib yaranan fürsətləri yüksək dəyərləndirmək lazımdır.

- "Qarabağ"ın Yunanıstandan Qəbələyə gəlməsi və oyunun AL matçından iki gün sonra baş tutması işinizə yaraya bilərmi?

- Demək olar ki, "Qarabağ"ın iki heyəti var. Yorğun olmalarına baxmayaraq, onlar belə qrafikə öyrəşib. Bu səbəbdən də düşünürəm ki, oyun ağır olacaq. 

- Ümumiyyətlə, "Olimpiakos"la oyunlarda "Qarabağ"dan nə gözləyirsən?

- İnşallah, inanıram ki, qələbə qazanarlar. 

- Karyeranı xaricdə davam etdirməyi düşünmürsən? Gələn yay səni legioner görə bilərik?

- Əlbəttə ki, düşünürəm. Əsas hədəfim də elə Avropada oynamaqdır. İnşallah, tezliklə qismət olar. 

- Canni De Byazi millinin baş məşqçi postunda saxlanıldı. Belədə, milli komandadakı perspektivini necə görürsən?

- Əsas odur ki, milli komandamız üçün xeyirli olsun. Yığma qələbələr qazansın, həm millətimiz sevinsin, həm də komandanın futbolçuları. Hər zaman canla-başla yığmamızın şərəfini qorumağa hazıram. Çalışacağam kki, vətənim üçün, bayrağım üçün mənə verilən şansdan maksumum yararlanım.

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər