"Qarabağ" dünya reytinqində 8 pillə irəlilədi

"Qarabağ" dünya reytinqində 8 pillə irəlilədi

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.

Fanat.Az xəbər verir ki, bu barədə IFFHS-in rəsmi saytı məlumat yayıb.

301 komandanın arasında Azərbaycan klublarından sadəcə "Qarabağ" yer alıb.

Ağdam təmsilçisi 143,5 xalla 8 pillə irəliləyərək 83-ü olub.

Qeyd edək ki, ilk "3-lük"də 329 xalla "Flamenqo" (Braziliya), 311 xalla "Liverpul" (İngiltərə) və 308 xalla "Palmeyras" (Braziliya) qərarlaşıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər