“Qarabağ” "Dinamo"ya uduzdu - TAM VİDEO

“Qarabağ” "Dinamo"ya uduzdu - TAM VİDEO
Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ” bu gün sonuncu yoxlama görüşünü keçirib. 
Fanat.Az xəbər verir ki, Azərbaycan çempionu Kiyev "Dinamo”su ilə qarşılaşıb.
İlk üç oyunda qələbə qazana bilməyən Qurban Qurbanovun yetirmələri bu uğursuz seriyaya Ukrayna təmsilçisi önündə də son qoya bilməyib. Görüş kiyevlilərin minimalhesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, "Qarabağ” buna qədər "Ludoqorets” (Bolqarıstan – 1:1) və "Vakker İnsbruk”la (Avstriya – 0:0) heç-heçə edib, Suriya yığmasına (0:1) məğlub olub.
Yoxlama görüşü
4 iyul
Qarabağ - Dinamo (Kiyev, Ukrayna) 0:1
Qol: Tsiqankov, 19.
Qarabağ: 12. Şahruddin Məhəmmədəliyev, 55. Bədavi Hüseynov, 52. Yakub Jezniçak, 5. Maksim Medvedev, 77. Donald Gerrye, 2. Qara Qarayev, 91. Coşqun Diniyev, 19. Filip Ozobiç, 10. Dani Kintana, 17. Abdullah Zubir, 11. Mahir Mədətov.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər