"Qarabağ" - digər klublar 26:2

"Qarabağ" - digər klublar 26:2

Azərbaycan Premyer Liqasının lideri "Qarabağ" aprel ayında keçirdiyi oyunlarda fantastik göstərici ilə diqqət çəkib. 

Fanat.Az xəbər verir ki, ağdamlılar aprel ayında APL çərçivəsində çıxdığı 4 oyunda 18 qol vurub və cəmi 1 qol buraxıb:

Qarabağ - Səbail 5:1 Sumqayıt - Qarabağ 0:3 Qarabağ - Şamaxı  8:0 Qəbələ - Qarabağ 0:2

Elə həmin ayda da Azərbaycan Kubokunun yarımfinal mərhələsində "köhlən atlar" "Qəbələ"yə qarşı iki oyun keçiriblər. "Ağdamlılar" 2 oyunun nəticəsinə görə "qərmızı-qara"ların qapısından 8 top keçirib, əvəzində cəmi 1 qol buraxıb: 

Qəbələ - Qarabağ 1:3 Qarabağ - Qəbələ 5:0

Aprel ayında "Qarabağ" klubu ümumilikdə 26 dafə rəqib qapısına yol tapıb və cəmi iki qol buraxıb.

Hazırda "Qarabağ" klubu 58 xalla APL-in turnir cədvəlinə başçılıq edir. "Köhlən atlar" may ayının 27-si Ölkə Kubokunun finalında "Zirə" ilə qarşılaşacaq.

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər