"Qarabağ" "Dandolk"u keçə bilməsə...

"Qarabağ" "Dandolk"u keçə bilməsə...

Avropa Liqasının (AL) Çempionlar yolunda III təsnifat mərhələsinin püşkü atılıb.

 

Fanat.Az-ın məlumatına görə, Çempionlar Liqasından (ÇL) bu turnirə yuvarlanan komandaların potensial rəqibləri müəyyənləşib.

Çempionlar Liqasının II təsnifat mərhələsinin "Qarabağ” – "Dandolk” cütünün məğlubunun da potensial rəqibi bəlli olub. Azərbaycan çempionu əgər İrlandiya klubuna yenilsə, Avropa Liqasına yuvarlanacaq və AL-də II raundun "Slovan" (Slovakiya) - "Ferronikeli” (Kosovo) cütlüyünün qalibinə rəqib olacaq. "Qarabağ" Avropa Liqasına düşsə, III raundun ilk oyununu səfərdə keçirəcək.

Qeyd edək ki, Avropa Liqasında III təsnifat mərhələsinin oyunları avqustun 8-də və 15-də keçirilək.

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər