"Qarabağ" Bundesliqanın liderinə minimal hesabla uduzdu 

"Qarabağ" Bundesliqanın liderinə minimal hesabla uduzdu 

UEFA Avropa Liqasında qrup mərhələsinin oyunları start götürüb.

Fanat.Az xəbər verir ki, Azərbaycanı turnirdə təmsil edən "Qarabağ" da ilk oyununa çıxıb.

Qurban Qurbanovun baş məşqçi olduğu komanda Almaniyada "Frayburq"un qonağı olub. "Europa-Park" stadionunda baş tutacaq qarşılaşmaya fəal başlayan meydan sahibləri 15-ci dəqiqəyə kimi biri penaltidən olmaqla, 2 qol  vurub. Ancaq qolların şokundan ayılan "köhlən atlar" fasiləyə qədər fərqi minimuma endirməyi bacarıb. Veşoviç fasilə ərəfəsində almaniyalıların qapısına yol tapıb. İkinci hissədə də üstün oyun sərgiləyən və ərazi üstünlüyünə sahib olan "Qarabağ" məğlubiyyətdən qurtulmaq üçün bir neçə qol imkanı əldə etsə də, bunlardan yararlana bilməyib. Beləliklə, təmsilçimiz AL-in qrupunda mübarizəyə minimal hesablı məğlubiyyətlə başlayıb - 1:2. 

G qrupunun digər oyununda "Nant" Fransada Yunanıstan "Olimpiakos"una 2:1 hesabıyla qalib gəlib.

UEFA Avropa Liqası

G qrupu, I tur

8 sentyabr

"Frayburq" (Almaniya) - "Qarabağ" (Azərbaycan) 2:1  Qollar: Vinçentso Qrifo, 7-pen., Ritsu Doan, 15 - Marko Veşoviç, 39

"Frayburq": 26. Mark Flekken, 3. Filip Linhardt 8. Maksimilian Eggeştayn, 18. Nils Petersen 25. Kiliann Sildillia, 27. Nikolas Höfler 28. Mattias Ginter 29. Çon U Yon, 30. Kristian Günter (k), 32. Vinçentso Qrifo, 42. Ritsu Doan Ehtiyat oyunçular: 1. Benyamin Upxov, 21. Noah Atubolu, 2. Uqo Sike, 7. Conatan Şmid, 11. Daniel-Kofi Kyere, 14. Yannik Kaytel, 17. Lukas Kyübler, 23. Robert Vaqner, 31. Keven Şlotterbek, 33. Noah Vaysxaupt, 34. Merlin Rel, 38. Mixael Qreqoriç Baş məşqçi: Kristian Ştrayx

"Qarabağ": 1. Şahruddin Məhəmmədəliyev (GK) 2. Qara Qarayev (k) 8. Marko Yankoviç, 10. Abdullah Zubir, 11. Kvabena Ovusu, 13. Bəhlul Mustafazadə, 20. Kadi Borges. 27. Toral Bayramov, 29. Marko Veşoviç, 55. Bədavi Hüseynov, 77. Ramil Şeydayev Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 5. Maksim Medvedev, 6. Julio Romao, 7. Riçard Almeyda, 15. Leandro Andrade, 18. İsmayıl İbrahimli, 19. Filip Ozobiç, 22. Musa Qurbanlı, 30. Abbas Hüseynov, 44. Emin Cəfərquliyev, 90. Nəriman Axundzadə  Baş məşqçi: Qurban Qurbanov

Hakimlər: Erik Lambrexts, Yo de Veyrdt, Matias Hillart, Vim Smet (Belçika) Hakim-inspektor: David Fernandes Borbalan (İspaniya) UEFA nümayəndəsi: Conatan Lize (İngiltərə) Frayburq. "Europa-Park" stadionu

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər