“Qarabağ” Bundesliqadan futbolçu transfer edir

“Qarabağ” Bundesliqadan futbolçu transfer edir
"Qarabağ” yay fasiləsində ikinci transferinə hazırlaşır.
Qol.az-ın əldə etdiyi xəbərə görə, bir müddətdir Ağdam təmsilçisi ilə danışıq aparan "Ştutqart”ın müdafiəçisi Ailton Silva sabah klubun düşərgəsinə qoşulacaq. Braziliyalı futbolçu  tibbi müyinədən keçdikdən sonra müqaviləyə imza atacaq.
"Fluminense”nin yetirməsi olan Ailton daha əvvəl - 2015/16 mövsümündə Azərbaycanda "Neftçi”nin (32 oyun, 3 qol) formasını geyinib. "Ağ-qaralar”dan ayrıldıqdan sonra Portuqaliyanın "Eştoril” (18 oyun) klubuna keçən müdafiəçi daha sonra Almaniya "Ştutqart”ına (5 oyun) transfer olunub.  2018-ci ilin yayında yenidən "Eştoril”ə icarəyə verilən futbolçu mövsümün ikinci yarısını isə Portuqaliya "Braqa”sında keçirib.
Xatırladaq ki, "Qarabağ" mövsümlərarası fasilədə ispaniyalı yarımmüdafiəçi Xayme Romeronu da heyətinə cəlb edib. 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər