"Qarabağ" Bundesliqa təmsilçisiylə qarşılaşacaq

"Qarabağ" Bundesliqa təmsilçisiylə qarşılaşacaq
"Qarabağ"ın Avstriya toplanışı çərçivəsində qarşılaşacağı bütün rəqiblərin adları bəlli olub.
Fanat.Az-ın məlumatına görə, 12 günlük hazırlıq çərçivəsində 3 yoxlama görüşü keçirəcək ağdamlılar iyulun 7-də Bolqarıstan MOİK-i (Sofiya) ilə üz-üzə gələcəksə, İyulun 11-nə planlaşdırılan matçda rəqib Rusiya "Arsenal"ı olacaq. 
"Köhlən atlar" iyulun 15-də Almaniyanın Bundesliqa təmsilçisi "Auqsburq"la qarşılaşacaq. 
 
Qeyd edək ki, Qurban Qurbanovun yetirmələri hazırlığın birinci mərhələsini Bakıda keçirib. Ağdam təmsilçisi Ağdam təmsilçisi iyunun 26-da "Keşlə” (7:0), 30-da isə "Sumqayıt”la (3:1) oynayıb.
Atilla
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər