"Qarabağ" bu gün Avropa Liqasının qrup mərhələsinin IV turunda qarşılaşacağı "Vorskla" ilə oyun üçün Ukraynaya yollanacaq.
Fanat.Az xəbər verir ki, Azərbaycan çempionu axşam saatlarında çarter reysi ilə Poltavaya yola düşəcək.
"Vorskla" - "Qarabağ" oyunu noyabrın 8-də keçiriləcək və Bakı vaxtı ilə saat 00.00-da başlayacaq. Təmsilçimiz matçdan dərhal sonra isə Bakıya qayıdacaq.
Fanat.Az