Qurbanovun oğlu qol vurdu, "Qarabağ" günün ilk oyununda uduzdu

Qurbanovun oğlu qol vurdu, "Qarabağ" günün ilk oyununda uduzdu
Antalyada təlim-məşq toplanışı keçirən "Qarabağ" bu gün 2 yoxlama oyununa çıxacaq.
Fanat.Az xəbər verir ki, Ağdam təmsilçisi əvvəlcə Çexiyanın "Siqma" komandası ilə qarşılaşıb. Oyun çexlərin qələbəsi ilə yekunlaşıb - 3:1. "Qarabağ"ın qoluna baş məşqçi Qurban Qurbanovun oğlu Musa Qurbanlı imza atıb.
Qurban Qurbanovun kollektivi 2-ci yoxlama görüşündə Polşanın "Visla" komandası ilə üz-üzə gələcək. Oyun Bakı vaxtı ilə 18.30-da başlayacaq.
Qeyd edək ki, "Qarabağ" bunadək 2 yoxlama oyunu keçirib.  Rumınyanın "Akademiya Klinçeni"si ilə 2:2 hesablı heç-heçə edən komanda Qazaxıstanın "Jetisu"sunu minimal fərqlə  üstələyib- 1:0.
 
Yoxlama oyunu
12.30 Qarabağ (Azərbaycan) - Siqma (Çexiya) 1:3
Qol: Musa Qurbanlı, 59.
Qarabağ: 13. Vaqner da Silva, 7. Araz Abdullayev, 19. Filipp Ozobiç (Ovusu Kvabena), 21. Hacıağa Hacılı, 23. Faysal Rerras, 24. Nihad Tamazov, 29. Musa Qurbanlı, 30. Abbas Hüseynov, 66. Cavid Bayramov, 99. Maqaye Qeye.
18.30 12.30 Qarabağ (Azərbaycan) - Visla (Polşa) 
 
Fanat.Az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər