"Qarabağ" bu futbolçu üçün 166 min avro ödəyib

"Qarabağ" bu futbolçu üçün 166 min avro ödəyib
Ötən mövsüm icarə əsasında "Qarabağ"da çıxış edən Pedro Enrike üçün PAOK-a ödənilən məbləğ açıqlanıb.
Fanat.Az xəbər verir ki, bu barədə Yunanıstanın "Metrosport” nəşri məlumat yayıb. Bildirilir ki, "Qarabağ" braziliyalı yarımmüdafiəçi üçün qarşı tərəfə 166 min avro pul verib. Bu pulla isə PAOK  digər oyunçusu Aleksandris Paşalakisin maaşını ödəyib. Pedro Enrikenin özünün "Qarabağ”da nə qədər qazanması haqda isə məlumat verilməyib.
Qeyd edək ki, ötən mövsüm "Qarabağ"da 19 oyun keçirən Enrike 3 qol vurub və 2 məhsuldar ötürmə edib.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər