"Qarabağ" bizdən təcrübəlidi, amma..."

"Qarabağ" bizdən təcrübəlidi, amma..."
"Qarabağ" bizdən daha təcrübəli komandadı".
Fanat.Az xəbər verir ki, bu sözləri "Qarabağ"ın Çempionlar Liqasının I təsnifat mərhələsindəki rəqibi "Partizani"nin prezidenti Qazmend Demi deyib.
Püşkü dəyərləndirən klub rəhbəri "Qarabağ"ın güclü heyətinin olduğunu bildirib: "Rəqibin yaxşı heyəti var. Uzun illərdi Azərbaycan çempionu olurlar. Hətta Çempionlar Liqasının qrup mərhələsində də çıxış ediblər. Püşkdə bizə düşməsini arzuladığım xüsusi bir klub yox idi. Çünki istənilən rəqiblə meydanda 11-11-ə oynayacağıq. Öz komandama, işçilərimə, direktorlarımıza inanıram. Bir neçə mövqeni gücləndirməklə, işin öhdəsindən gələ bilərik".
Qeyd edək ki, Çempionlar Liqasında I təsnifat mərhələsinin ilk oyunları 9-10 iyul, cavab qarşılaşmaları bir həftə sonra keçiriləcək.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər