"Qarabağ" Bədavi Hüseynovla bağlı qərar verdi

"Qarabağ" Bədavi Hüseynovla bağlı qərar verdi
"Qarabağ" daha bir futbolçusu ilə yeni müqavilə imzalayıb.
Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisi müdafiəçi Bədavi Hüseynovun sözləşməsinin müddətini 2 il uzadıb.
30 yaşlı oyunçu "köhlən atlar"ın heyətində 7 dəfə Azərbaycan çempionu olub, 2 dəfə ölkə kubokunu qazanıb.
Qeyd edək ki, "Qarabağ" daha əvvəl kapitanı Maksim Medvedevlə 2 illik yeni müqavilə bağlayıb.
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər