"Qarabağ" "Bazel"lə oyuna itki ilə yollanacaq

"Qarabağ" "Bazel"lə oyuna itki ilə yollanacaq

"Qarabağ"ın futbolçusu Kevin Medina Azərbaycan Premyer Liqasının XIII turunda "Sabah"a qarşı görüşdə yer almayıb. 

Onun adı hətta ehtiyat oyunçular siyahısında da olmayıb. 

Səbəbini klubdan öyrəndik. Ağdam təmsilçisinin mətbuat katibi Gündüz Abbaszadə Fanat.Az-a açıqlamasında bildirdi ki, ötən gün keçirilən məşq prosesində kolumbiyalı müdafiəçi ayaq əzələsini dartıb.

Medinanın Konfrans Liqasının qrup mərhələsində "Bazel"lə səfər matçında da iştirak etməyəcəyi gözlənilir. 

Qeyd edək ki, sözügedən qarşılaşma dekabrın 8-da İsveçrədə keçiriləcək. 

Röya

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər