“Qarabağ” “Başakşəhər” və “Nitsa”nı keçdi

“Qarabağ” “Başakşəhər” və “Nitsa”nı keçdi

Avropanın top komandalarının reytinq siyahısı açıqlanıb.

Fanat.Az xəbər verir ki, 435 komandanın yer aldığı siyahıda Azərbaycan siyahıda üç klubla təmsil olunur.

Bundan əvvəl olduğu kimi yenə ən yaxşımız “Qarabağ”dır. Qurban Qurbanovun başçılıq etdiyi komanda ilk "100-lüy"də qərarlaşıb. 203 xalı olan "Qarabağ" Avropada 85-ci pilləni tutur. Ağdam təmsilçisi 2 pillə irəliləyərək, “Başakşəhər” və “Nitsa”nı keçib.

30 xalı olan “Neftçi” 8 pillə irəliləyib və 246-cı olub. 10 xal geri qalan “Qəbələ” 5 pillə geriləyib və 288-ci sırada yer alıb.

Qeyd edək ki, siyahıya 2119 xalla “Real” başçılıq edir.  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər