"Qarabağ" Azərbaycanın reytinqini artırdı

"Qarabağ" Azərbaycanın reytinqini artırdı
Avropa Liqasının qrup mərhələsinin VI turunda "Düdelanj”la qarşılaşan "Qarabağ” Azərbaycanın UEFA reytinqini artırıb. 
Fanat.Az xəbər verir ki 1:1 hesablı heç-heçə sayəsində ölkəmiz 0,250 xal əldə edib.
Komandamız qələbə qazansaydı, Azərbaycan reytinqdə bir pillə irəliləyəcəkdi. Ölkəmiz cari mövsümü 3,375 əmsalla tamamlayıb.
Son 5 ilin nəticələrinə görə hesablanan reytinqimiz 18,750-di. Hazırda Avropada 26-cı sırada qərarlaşan Azərbaycandan aşağıda olan ölkələrdən yalnız Bolqarıstan və Rumıniyanın 1 klubu mübarizəni davam etdirir.
"Qarabağ" Azərbaycanın reytinqini artırdı "Qarabağ" Azərbaycanın reytinqini artırdı
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər