"Qarabağ" Azərbaycanın ən yaxşı komandalarından biridir"

"Qarabağ" Azərbaycanın ən yaxşı komandalarından biridir"

"Şamaxı" Misli Premyer Liqasının IV turunda səfərdə "Qarabağ"a 0:4 hesabı ilə məğlub olub.

Fanat.Az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransıdna əyalət təmsilçisinin baş məşqçisi Vüqar Əsgərli yenilgini şərh edib:

"Azarkeşlərə təşəkkür edirəm. 90 dəqiqə bizə dəstək oldular. Rəqib Azərbaycanın ən yaxşı komandalarından biridir. Matçın çətin keçəcəyini bilirdik. Ani diqqətsizlik qolla nəticələnir. Fərdi səhvlərdən qapımızda qollar görürük. Oyunçular mübarizə aparır və gələcəyə ümidlə baxa bilərik. Yerli futbolçularla mübarizəyə başlamışıq. 6 aydan sonra baxacağıq. Ehtiyacımız olan mövqelərə transfer edəcəyik".

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər