"Qarabağ" Azərbaycanı rekorda daşıdı - UEFA ƏMSALLAR CƏDVƏLİ

"Qarabağ" Azərbaycanı rekorda daşıdı - UEFA ƏMSALLAR CƏDVƏLİ

Çempionlar Liqasının qrup mərhələsinin IV turunun ilk oyun günündən sonra UEFA-nın əmsallar cədvəlində dəyişikliklər olub.

 

Fanat.Az xəbər verir ki, "Qarabağ"ın "Atletiko"yla səfər heç-heçəsi (1:1) ölkəmizin 2 il öncəki rekordunu təkrarlamasını şərtləndirib.

 

2015/16 mövsümünü 4,375 əmsalla yekunlaşdıran Azərbaycan yenə eyni əmsala malikdi. Bu, "Qarabağ”ın sayəsində reallaşıb. Dünən adımızın önünə növbəti 0,250 yazılıb. 4,375 əmsalın 2,625-i "Qarabağ”ın gətirdiyi "qənimət"disə, "İnter” 0,750, "Zirə” 0,625, "Qəbələ” bizə 0,375 qazandırıb.

 

Son 5 ilin nəticələrinə görə hesablanan qazancımız 19,125-ə çatıb. Bu, futbol tariximizin ən yüksək nəticəsidi. Lakin bu rekord da mövqeyimizin dəyişməsinə kömək etməyib. Azərbaycan Avropada 22-ci yerdə qalıb. İndi Rumıniyadan 0,725 əmsal geridəyiksə, ən yaxın izləyicimiz İsveçlə aramızdakı fərq 0,400-dü.

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər