“Qarabağ” Azərbaycana nə qazandırdı? - UEFA əmsallar cədvəli

“Qarabağ” Azərbaycana nə qazandırdı? - UEFA əmsallar cədvəli

Azərbaycan UEFA-nın əmsallar cədvəlindəki mövqeyi dəyişməz qalıb.

Fanat.Az xəbər verir ki, "Qarabağ"ın Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk görüşündə İsveçrə "Sürix"inə 3:2 hesabı ilə qalib gəlməsi ölkənin aktivinə daha 0,250 əmsal gətirib.

Lakin Azərbaycan bu mövsüm üzrə qazancını 0,500-ə, son 5 mövsümdə isə 13,125 əmsala çatdırmasına rəğmən, 29-cu pillədə qalıb. 28-ci pillədə isə 14,000 "qənimət"lə Polşa qərarlaşıb.

Qeyd edək ki, Azərbaycanın bu turnirdəki təmsilçiləri "Neftçi", "Zirə" və "Qəbələ" isə yarışa II təsnifat mərhələsindən start verəcəklər.

Röya

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər