“Qarabağ” Azərbaycan çempionu oldu

“Qarabağ” Azərbaycan çempionu oldu

Əvəzedicilərin çempionatının qalibi məlum olub. Fanat.Az xəbər verir ki, çempionun adına sonuncu - XXVIII turun ilk oyun günü aydınlıq gətirib.

 

Qızıl medallar uğrunda mübarizə aparan “Qarabağ”la “Qəbələ” ən yaxşının adına qiyabi dueldə aydınlıq gətirib. Bu turadək lider olan Ağdam təmsilçisi bürünc mükafatçı “Neftçi”nin qonağı olub.

 

Bu görüşdə 2:1 hesablı əzmkar qələbə qazanan əyalət klubu mövsümdə ikinci çempionluğunu qazanıb. Bunadək Ağdam klubunun əsas komandası da Premyer Liqanın qalibi olmuşdu. Gümüş medallar isə “Qəbələ”nin olub. “Qırmızı-qaralar” son turda “Sumqayıt”a qalib gəlib.

 

Qeyd edək ki, həm tura, həm də mövsümə aprelin 30-da keçriləcək "Kəpəz" - "İnter" oyunu ilə yekun vurulacaq.

 

Əvəzedici heyətlər

2016/17 mövsümü

IV dövrə, XXVIII tur

28 aprel

AZAL - Zirə 0:3

Qollar: İlkin Muradov, 45. Vəzir Musayev, 52. Murad İsmayılzadə, 73.

Neftçi - Qarabağ 1:2

Qollar: Ömər Buludov, 32 - Elşən Abdullayev, 62. Salman Cəfərov, 74.

Sumqayıt - Qəbələ 0:1

Qol: Ülvi İsgəndərov, 56.

1. Qarabağ28168451-2556

2. Qəbələ28174752-2855

3. Neftçi28146853-2848

4. İnter27108920-1938

5. Zirə28991032-3036

6. Kəpəz27881127-3732

7. Sumqayıt28831740-5927

8. AZAL28442027-7516

Bombardirlər: Şahin Əliyev (Qarabağ) - 13. Ramil Hasanov (Qəbələ), Renat Aşurov (AZAL) - 11. Vüqar Nadirov (Qarabağ) - 8.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər