“Qarabağ” azarkeşləri üçün “Gent”lə matça 32 avroluq bilet

“Qarabağ” azarkeşləri üçün “Gent”lə matça 32 avroluq bilet

“Qarabağ” Avropa Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində Belçika “Gent”inə qarşı keçirəcəyi səfər oyununda komandanı stadiondan dəstəkləmək istəyən azarkeşlərinə müraciət ünvanlayıb.

Fanat.Az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, “Gent” - “Qarabağ” matçını izləmək və komandanı dəstəkləmək istəyənlər biletləri oyun günü - fevralın 23-də 19:00-dan 21:00-dək “KAA Gent" stadionunun G qapısından ala bilərlər. Biletin qiyməti 32 avrodur. Bilet alarkən şəxsiyyəti təsdiq edən sənədi təqdim etməyiniz vacibdir. Ödəniş nağd və kartla qəbul ediləcək.

Xatırladaq ki, “Gent” – “Qarabağ” oyunu fevralın 23-dən 24-nə keçən gecə Bakı vaxtı ilə 00:00-da başlayacaq. Bu komandalar arasında Bakıda baş tutan ilk matçda Ağdam təmsilçisi qələbə qazanıb - 1:0.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər