"Qarabağ" azarkeşlərə müraciət etdi

"Qarabağ" azarkeşlərə müraciət etdi
"Qarabağ" Avropa Lqasının qrup mərhələsinin üçüncü turunda "Vorskla" ilə ev oyunu öncəsi azarkeşlərə müraciət edib.
Fanat.Az klubun saytına istinadən xəbər verir ki, müraciətdə bildirilir: 
"UEFA Avropa Liqasının qrup mərhələsinin III mərhələsində "Qarabağ”ımız oktyabrın 25-i Bakı Olimpiya Stadionunda "Vorskla"nı qəbul edəcək. Azarkeşlərimizin bu matça rahat gəlib-gedişini təmin etmək üçün ictimai dayanacaq klubumuz tərəfindən azarkeşlərin xidmətində olacaq. Azarkeşlərimiz avtodayanacaqdan qarşılaşmanın başlamasından 3 saat əvvəl - saat 17.55-dən etibarən istifadə edə bilər".
Qeyd edək ki, "Qarabağ”ın "Vorskla" ilə  matçına bilet satışa davam edir.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər