"Qarabağ” Avstriyaya yollandı

"Qarabağ” Avstriyaya yollandı
"Qarabağ” klubu yeni mövsümə hazırlıqların ikinci mərhələsi üçün Avstriyaya yola düşüb.
Fanat.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
"Qarabağ” Avstriyada iyulun 7-də Bolqarıstanın ÇSKA (Sofiya), 11-də Rusiyanın "Arsenal” (Tula), 15-də isə Almaniyanın "Auqsburq” komandası ilə yoxlama oyunu keçirəcək.
Qeyd edək ki, "atlılar” Bakıdakı hazırlıq çərçivəsində iki yoxlama oyunu keçirib. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv "Keşlə”ni 7:0, "Sumqayıt”ı isə 3:1 hesabıyla məğlub edib.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər