"Qarabağ" Avstriyaya yola düşdü - FOTOLAR

"Qarabağ" Avstriyaya yola düşdü - FOTOLAR

İyunun 9-da bir araya gələrək yeni mövsümün hazırlığına başlayan “Qarabağ” Bakıdakı təlim-məşq toplanışını başa vurub.

Fanat.Az xəbər verir ki, Ağdam təmsilçisi hazırlıq prosesinin ikinci mərhələsi üçün ötən gecə Avstriyaya yollanıb.

Qurban Qurbanovun baş məşqçisi olduğu komanda Avstriyada 3 yoxlama oyunu keçirməyi planlaşdırır. Hələlik rəqiblərin adları müəyyənləşməyib.

Qeyd edək ki, Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edəcək "Qarabağ" I təsnifat mərhələsində Polşa "Lex"i ilə qarşılaşacaq. İlk oyun iyulun 7-də səfərdə keçiriləcək.

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər