"Qarabağ" Avstriyada ilk məşqinə çıxdı - FOTOLAR

"Qarabağ" Avstriyada ilk məşqinə çıxdı - FOTOLAR
Azərbaycanı Avropa Konfrans Liqasında təmsil edəcək "Qarabağ” yeni mövsümə hazırlığın ikinci mərhələsinə start verib.
 
Fanat.Az xəbər verir ki, bu gün Avstriyaya yola düşən Ağdam təmsilçisi artıq bu ölkədə ilk məşqinə də çıxıb. Tirol şəhərində məskunlaşan komanda günü axşam məşqi ilə başa vurub.
 
Qeyd edək ki, "Qarabağ” Avstriyada iyulun 7-də Bolqarıstanın MOİK (Sofiya), 11-də Rusiyanın "Arsenal” (Tula), 15-də isə Almaniyanın elita təmsilçisi "Auqsburq”la yoxlama oyunu keçirəcək.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər