Bu mövsüm Avropada yerli liqalarda keçirdikləri matçlarda məğlub olmayan komandaların yeni siyahısı açıqlanıb.
Fanat.Az xəbər verir ki, siyahıda “Qarabağ” da yer alıb.
Ağdam klubu son olaraq Premyer Liqanın 16-cı turunda “Neftçi”ni 4 cavabsız qolla üstələyib.
"Top-5" liqalarda yalnız İtaliyanın “Napoli” və Fransanın PSJ klubları məğlubiyyət üzü görməyib. Hər iki kollektiv 13 qələbə və 2 heç-heçə əldə ediblər.
Məğlubiyyətlə üzləşən Ukraynanın “Dnepr-1”, “Şaxtyor” və Maltanın “Hamrun” klubları əvvəlki siyahıdan kənarda qalıb. “Napoli” (İtaliya) – 13 qələbə, 2 heç-heçə PSJ (Fransa) – 13 qələbə, 2 heç-heçə “Benfika” (Portuqaliya) – 12 qələbə, 1 heç-heçə “Srvena Zvezda” (Serbiya) – 17 qələbə, 2 heç-heçə “Panatinaikos” (Yunanıstan) – 12 qələbə, 1 heç-heçə “Qarabağ” - 14 qələbə, 2 heç-heçə “Pafos” (Kipr) – 9 qələbə, 4 heç-heçə TNS (Uels) – 13 qələbə, 2 heç-heçə “Svift Hesperange” (Lüksemburq) – 12 qələbə, 2 heç-heçə “Klaksvik” (Farer adaları) – 25 qələbə, 2 heç-heçə “Atletik Eskaldes” (Andorra) – 8 qələbə, 4 heç-heçə “Europa”, “Linkoln” (Cəbəllütariq) – hər ikisi 7 qələbə, 1 heç-heçə “Tre Penne” (San-Marino) 7 qələbə, 3 heç-heçə