Avropanın milli çempionatlarında ən az qol buraxan komandaların siyahısı müəyyənləşib.
Fanat.Az xəbər verir ki, "Qarabağ" siyahıda ilk "beşliy"ə düşüb. Premyer Liqanın lideri ən az qol buraxan 4-cü komanda olub.
"Qarabağ" bu mövsüm keçirdiyi 18 oyunda cəmi 7 dəfə məyus olub. Bu isə hər oyuna orta hesabla 0.39 qol deməkdi.
Ən az qol buraxan komanda Çexiya "Slaviya”sıdı. Onu Təl-Əviv "Makkabi”si və Yunanıstan "Olimpiakos”u izləyir.
Avropa liqalarında ən az qol buraxan 5 komanda
1. Slaviya (Çexiya) - 0,23 (5/22)
2. Makkabi (Təl-Əviv, İsrail) - 0,28 (7/25)
3. Olimpiakos (Yunanıstan) - 0,36 (9/25)
4. Qarabağ (Azərbaycan) - 0,39 (7/18)
5. Ludoqorets (Bolqarıstan) - 0,41 (9/22)
Fanat.Az