"Qarabağ" "Arsenal"a söz atdı - FOTO

"Qarabağ" "Arsenal"a söz atdı - FOTO
Avropa Liqasının finalında "Arsenal"a qalib gəlib, kuboku başı üzərinə qaldıran "Çelsi"ni "Qarabağ" təbrik edib.
 
Fanat.az xəbər verir ki, hər iki klubu Bakıya gətirmiş ölkə çempionu final görüşündə rəqibi üzərində inamlı qələbə qazanan "zadəganlar”ı təbrik edib.
Ağdam klubu "Çelsi”ni təbrik etməklə yanaşı finaldan öncə atdığı addımlarla azərbaycanlı azarkeşlərdə nifrət yaradan "Arsenal”a da söz atıb: "Bakıya gəl(məy)ən və kuboku qazanan bütün "Çelsi” futbolçularını təbrik edirik. Zadəganlıq hər zaman zəfəri haqq edir”.
 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər