"Qarabağ" alban qapıçı transfer edir? - Rəsmi açıqlama

"Qarabağ" alban qapıçı transfer edir? - Rəsmi açıqlama
"Qarabağ" Türkiyənin "Menemenspor" klubunun futbolçusu Gentian Selmaniyə təklif göndərmələri ilə bağlı yayılan xəbərə münasibət bildirib.
Ağdam təmsilçisinin mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov "Report"a açıqlamasında məlumatı təkzib edib.
O, albaniyalı qapıçının klubun gündəmində olmadığını söyləyib: "Ola bilsin, bu, agentlər arasında spekulativ hərəkətdir. "Qarabağ" adıçəkilən qolkiperlə maraqlanmayıb".
Qeyd edək ki, dünən I liqada mübarizə aparan "Menemenspor"un baş məşqçisi Cenk Laleci "Qarabağ"ın 21 yaşlı qapıçıya təklif göndərdiyini açıqlayıb.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər