"Qarabağ" Portuqaliyanın "Vitoriya" klubundan transfer etdiyi Abdul-Aziz Yakubu ilə müqavilə imzalayıb.
Fanat.Az xəbər verir ki, bu barədə "GHANAsoccernet.com" saytı məlumat yayıb.
Ağdam təmsilçisi 23 yaşlı qanalı hücumçu ilə 4 illik anlaşma imzalayıb.
Qeyd edək ki, Abdul-Aziz Yakubu son mövsümdə "Vitoriya"nın heyətində meydana çıxdığı 34 oyunda 15 qol vurub və 4 məhsuldar ötürmə edib. Qanalı futbolçu əvvəllər Portuqaliyanın "Vizela" və "Eştoril" klublarlnda da çıxış edib.
"O Jogo" nəşrinin məlumatına görə, "Qarabağ" bu transfer üçün "Vitoriya"ya 1 milyon avro ödəyib.