"Qarabağ" adi səhvi də bağışlamır" -  "Gent"in qapıçısı

"Qarabağ" adi səhvi də bağışlamır" -  "Gent"in qapıçısı

"Gent"in qapıçısı Davi Ruf Konfrans Liqasının 1/16 final mərhələsinin ilk görüşü çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri oyunu dəyərləndirib.

Fanat.Az xəbər verir ki, məhz onun səhvindən sonra buraxılan qolda özünü günahkar bilən qolkiperin dediklərini "Nieuwsblad" belə çatdırıb:

"Penalti qaytarmağıma baxmayaraq, məğlubiyyətin günahkarı mənəm. Matçın taleyini həll edən qol epizodu mənim pis zərbəmlə başladı. Topu uzaqlaşdırarkən ayağımın yarısı yerə girdi. Nəticədə onlar topu ələ keçirib əks-həmləni məntiqi sonluqla tamamladılar. Bu, mənim biabırçı səhvim idi. "Qarabağ" adi bir səhvi də bağışlamır. Bu, baş verməməlidir".

Uduzmaqlarına baxmayaraq, Rof növbəti mərhələyə çıxmaq şanslarına inanır: "Əlbəttə, cavab matçında bunu düzəltmək şansımız var. Amma ilk hissədəki kimi oynamalı olacağıq. "Qarabağ" çox ağıllı komandadır. Səhv etməməli və şanslarımızdan yararlanmalıyıq".

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər